Suriya ordusunun Hərbi İnformasiya Mərkəzinin xəbərinə görə, müxalif silahlı qruplar ortaq bəyanat yayaraq yeni güc mərkəzi yaratdıqlarını açıqlayıblar.
Strateq.az xəbər verir ki, "Suriyanın Qurtuluşu Komanda Şurası" adı alan bu mərkəzə "əl-Nusra" daxil edilməyib.
Yeni yaradılan güc mərkəzi "Ahraruş-Şam", "Fistakim", "Ceyşul-İslam", "Feylak ər-Rəhman", "Ecnaduş-Şam", "Sukuruş-Şam", "Cəbhətuş-Şam", "Cəbhə Əhli-Şam" və "Feylakuş- Şam" adlı silahlı qruplardan ibarətdir.
Bu qruplar əvvəllər "əl-Nusra"nın da daxil olduğu "Fəth Ordusu"nun sıralarında idi.
M.Rzasoy