XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 18:05

Livan prezidenti Səudiyyə Ərəbistanına gedib –Səfər gündəliyi açıqlandı

 misel-aun

Livan prezidenti Mişel Aun ikigünlük rəsmi səfərlə Səudiyyə Ərəbistanına gəlib.

Strateq.az xəbər verir ki, dövlət başçısının mətbuat xidməti ər-Riyada səfərin Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləzizin dəvəti ilə edildiyini bildirib.

Dövlət başçıları regional mövzuları, habelə Səudiyyə vətəndaşların Livana səyahət qadağasının qaldırılması da daxil olmaqla, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin normallaşması məsələlərini müzakirə edəcəklər.

Müzakirə olunacaq digər məsələ ötən ilin fevral ayında dayandırılmış Səudiyyə Ərəbistanının Livana hərbi yardımının bərpasıdır.

Çərşənbə günü M.Aunun Qətərə səfəri planlaşdırılır. Bundan sonra onun Körfəz turnesi davam edəcək.

M.Rzasoy