Sina yarımadasındakı Misir təhlükəsizlik qüvvələrinə aid post yük maşını ilə bombalı hücuma məruz qalıb. Nəticədə azı doqquz polis həlak olub.
Strateq.az "Al-Arabia"ya istinadla xəbər verir ki, əl-Ariş şəhərində baş verən terror aktını törədən İŞİD-in Misir qoluna aid şəxs olub. Son iki ildə bir neçə belə hücumlar həyata keçirib.
Son terror aktında səkkiz nəfərin yaralandığı da bildirilir.
M.Rzasoy