Rusiya Səhiyyə Nazirliyi siqaret çəkənlərin iş saatının artırılması barədə təklif irəli sürüb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, təklif nazirliyin 2017-2022-ci illər üzrə tütün əleyhinə konsepsiyasında yer alıb.
Nazirlik hesab edir ki, işçilərin siqaret çəkməyə sərf etdikləri vaxt onların iş saatına əlavə edilməlidir.
Konsepsiyada tütün istifadəçilərinin sayının azalmasını nəzərdə tutan başqa tədbirlər də yer alıb. Onlardan biri tütün məhsullarının qiymətinin artırılmasıdır.