İran digər ölkə vətəndaşlığı da olan istənilən şəxsin vətəndaşlığını ləğv edəcək.
Strateq.az xəbər verir ki, İran parlamentinin Milli təhlükəsizlik məsələləri Komitəsinin sədri Hüseyn Nəqvi Hüseyni bildirib ki, ikili vətəndaşlıq insanları cinayətə sövq edir.
Buna görə də ikili vətəndaşlığı olan şəxslər İran vətəndaşlığından məhrum ediləcəklər.
Parlamentin digər üzvü Məhəmməd Əli Burmuxtar deyib: "İkili vətəndaşlıq qadağan edilsə də, müxtəlif dövlət idarələri çalışan 40 məmurun ikili vətəndaşlığı var".
Xatırladaq ki, bu yaxınlarda İranda casusluq ittihamı ilə həbs edilmiş şəxslərin siyahısı açıqlanıb. Həmin şəxslərin əksəri ikili vətəndaşlığa malikdir.
M.Rzasoy