XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 16:05

Praqa və Bratislava hava sərhədlərinibirgə qoruyacaqlar

praqa

Çexiya və Slovakiya bu ilin yayından başlayaraq iki ölkənin hava səmasını birgə qorumağı planlaşdırırlar. Çexiyanın müdafiə naziri Martin Stropnitski Tvitter sosial şəbəkəsində bildirib ki, Çexiya hökuməti hava sərhədlərinin qorunması sahəsində əməkdaşlıq barədə müqavilə bağlamağa razıdır. İndi Çexiya və Slovakiya parlamentləri həmin müqaviləni müzakirə etməlidir. Sazişin mətni deputatlar tərəfindən bəyənilərsə və daha sonra prezidentlər həmin sənədi ratifikasiya edərsə, bu halda pilotlar ikinci ölkənin səmasında uçan mülki təyyarəni məhv etmək hüququ qazanacaqlar.

Slovakiya Çexiyanın bu cür müqavilə bağlamağa hazır olduğu yeganə ölkədir.  (Azərtac)