XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 17:36

Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edildi –Səbəb

turk-1

Türkiyə paytaxtı da daxil olmaqla Ankara əyalətində terror təhlükəsinə görə 30 gün müddətinə kütləvi aksiyaların keçirilməsi qadağan edilib.

Bununla bağlı qərarı Ankara valiliyi qəbul edib. 

“Valiliyimizə verilən məlumata görə, terrorçu qruplaşmalar əyalətdə terror aktları törətmək üçün hazırlıq görürlər. İnsanların kütləvi toplaşdığı yerlərdə keçirilən mitinq, yürüş və tədbirlər zamanı terrorçuların terror aktları törətmək istədikləri təxmin edilir. İnsanların həyatını, mal-mülkünü və ictimai təhlükəsiziliyini təmin etmək məqsədi ilə Ankara əyaləti daxilində 30 gün müddətinə küçə, meydan, park və prospektlər kimi əhalinin sıx olduğu kütləvi yerlərdə bütün növ aksiyaların keçirilməsi qadağan olunur”, – deyə valilik bildirib. 

Report