XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 20:44

Keçmiş nazir aprelin 15-dək evdustaqlığında qalacaq

Məhkəmə Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ev dustaqlığının aprelin 15-dək uzadılması barədə qərar çıxarıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hakim Yelena Lenskaya Ulyuakayevin gəzintiyə çıxmasına, hər hansı tibb müəssisəsinə getməsinə qadağa qoyub.

Hakim xatırladıb ki, keçmiş nazir 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu ağır cinayətdə ittiham olunur.

Ulyukayev bu il noyabrın 15-də rüşvət ittihamı ilə həbs olunub. Onun «Rosneft»dən 2 milyon dollar rüşvət aldığı iddia edilir.

İddiaya görə, o, bu pulu «Başneft» şirkətinin dövlət səhmlərini ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb.

Ulyukayev «Rosneft»in başqa bir dövlət neft şirkəti olan «Başneft»in səhmlərini almasının əleyhinə idi. O, hökumətə bu məsələni başqa variantlarla həll etməyi təklif etmişdi.

«Rosneft»lə bağlı bütün işlər hökumət səviyyəsində və ölkənin birinci şəxsinin də razılığı əsasında yekunlaşandan sonra Ulyukayevin adıçəkilən şirkətdən hansı əsasla rüşvət istədiyi müammalı qalır.

Rusiyalı ekspertlər arasında Ulyukayevin həbsini maraqlı tərəflərin «Rosneft» uğrunda savaşının tərkib hissəsi kimi qiymətləndirənlər də var, ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra bu vaxta qədər Rusiyada əsasən demokratların «qanadı» altında mövcud olan liberalların şəbəkəsinin sıradan çıxırılması kimi görənlər də.

Ulyukayevin həbsindən təxminən 2 həftə sonra onun yerinə Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin təyin edilib.