XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 13:03

İtaliya baş naziri xəstəxanayayerləşdirilib

İtaliya baş naziri Paolo Centiloni Paris səfərindən qayıtdıqdan sonra özünü narahat hiss etməsini bildirdiyinə görə, xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, İtaliya hökumət başçısı dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşüb.

Romaya qayıtdıqdan sonra P.Centilioni yüngül narahatlıq hiss edib və onu İtaliya paytaxtındakı ən yaxşı xəstəxanalardan olan "Gemelli"yə yerləşdiriblər. Burada həkimlər baş nazirin daralmış və ya tutulmuş periferik damarların bərpası üzrə kiçik əməliyyata – angioplastikaya ehtiyac duyduğu qənaətinə gəlib.

Qeyd olunur ki, hökumət başçısının sağlamlıq vəziyyəti təhlükə altında deyil və o anlaq vəziyyətdədir.