XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2017 - 13:44

İzmirdə törədilən terrorun məsuliyyətiniPKK üzərinə götürüb

Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyinin yerli idarəsinin binası qarşısında törədilən terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, yanvarın 5-də törədilən partlayış nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. 

Terrorçular binaya daxil olmaq istəmiş, ancaq ədliyyə məmuru Musa Can və polis əməkdaşı Fethi Sekin onlara atəş açaraq qarşılarını alıblar. Terrorçuların açdığı atəş nəticəsində M.Can və F.Sekin şəhid olub, iki terrorçu isə məhv edilib. 

Qeyd edək ki, partlayış bomba yüklənmiş avtomobil vasitəsilə törədilib.