XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 15:08

Səfir:"Türk ordusu İraqı yalnız o halda tərk edəcək ki..."

Türkiyə Silahlı Qüvvələri İraqı Mosul İŞİD terror təşkilatından azad olunduqdan sonra tərk edəcək.

Trend-in NTV telekanalına istinadən məlumatına görə, bunu İraqın Türkiyədəki səfiri Hişam əl-Əlavi deyib.

Səfirin sözlərinə görə, Mosulun azad edilməsi əməliyyatları 3 ay ərzində başa çatacaq.

Öz növbəsində səfirin sözlərini şərh edən Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib ki, Türkiyə ordusu İraqdan yalnız ölkənin şimalının İŞİD təhlükəsindən azad olunmasından sonra Bağdadla müzakirələr nəticəsində çıxarılacaq.

Nazir qeyd edib ki, türk hərbçilərinin İraqın Başika bazasındakı mövcudluğu zəruridir.