XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 16:40

ABŞ-ın zirehli tank bölüyüLatviyaya gələcək

ABŞ-ın zirehli tank bölüyü fevralın sonunda Latviyaya gələcək. Bunu Latviya Respublikası Milli Silahlı Qüvvələrinin komandanı Leonids Kalnınış bəyan edib.

O, LNT telekanalına müsahibəsində deyib: “Böyüyün gəlişi fevralın sonuna nəzərdə tutulub”. L.Kalnınışın sözlərinə görə, NATO-nun “Şərq cinahını” gücləndirməyə yönəldilmiş “Atlantic Resolve” (“Atlantika qətiyyəti”) missiyası çərçivəsində Latviyaya onlarca ağır zirehli texnika gətiriləcək.

Ötən həftə Almaniyanın Bremerhafen şəhərində içərisində “Atlantic Resolve” missiyası üçün nəzərdə tutulmuş ABŞ hərbi texnikası olan birinci gəminin boşaldılmasına başlanıb. Almaniyadan gətirilən 87 tank, yük maşını və digər hərbi texnika Polşaya, oradan da NATO-nun üzvü olan digər Şərqi Avropa ölkələrinə göndəriləcək(azərtac).