XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2017 - 17:50

İraq hökumət qüvvələri Mosulun şərq hissəsinin80 faizinə nəzarət edir

İraqın hökumət qüvvələri Mosulun şərq hissəsinin 80 faizinin nəzarətini ələ keçirib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə əməliyyat komandanlığının nümayəndəsi Sabah ən-Numan bildirib.

İraqın şimalında yerləşən Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad olunması uğrunda əməliyyatlar 2016-cı ilin oktyabr ayından davam edir. Qruplaşma Mosulun şərqindəki rayonların əksəriyyətindən geri çəkilməyə məcbur olsa da, Dəclə çayının digər sahilində yerləşən qərb hissəsi yaraqlıların əlindədir.

Yanvarın 11-də hökumət qüvvələrinin hərbi komandanlığı hücumun davam etdiyi və Əl-Maliyə rayonunun ələ keçirildiyi barədə məlumat yayıb.