XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2017 - 18:04

Gürcüstan hökuməti “Qazprom”un təklifiniqəbul edib

qazpromGürcüstan Hökuməti “Qazprom”un Ermənistana satdığı təbii qazın ölkə ərazisindən nəqlinə görə nağd pul ödəmək barədə təklifini qəbul edib.

Bu barədə razılıq Hökumətin yanvarın 11-də keçirilən iclasında əldə olunub.

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə bildirib ki, hazırkı vəziyyətdə “Qazprom eksport”un təklif etdiyi variant Gürcüstan üçün ən əlverişlisidir.

Nazir bildirib ki, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq. Onun sözlərinə görə, əvvəlki müqavilədə olan müddəaların çoxu qüvvədə qalacaq. Yalnız qazın nəqlinə görə ödəmələrlə bağlı maddələr dəyişdirilir.

K.Kaladze qazın nəqlinə görə “Qazprom”un ödəyəcəyi məbləği açıqlamasa da rəqəmin qənaətbəxş olduğunu bildirib(azərtac).