XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2017 - 19:19

Keçmiş nazirin hesabındakı pullara həbs qoyuldu– 9.5 milyon dollar

Moskvanın Basman məhkəməsi ölkənin keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin hesabındakı pullara, zinət əşyalarına həbs qoyub. 

«İntrefaks»ın məlumatına görə, Ulyukayevin adına ümumilikdə 500 milyon rubl (9.5 milyon dollar) dəyərində pul və qiymətli əşya olub. 

Bundan əvvəl məhkəmə keçmiş nazirin ümumi dəyəri 564 milyon dollar olan əmlakına da həbs qoymuşdu(azadliq.info).

Ulyukayev bu il noyabrın 15-də rüşvət ittihamı ilə həbs olunub. Bir neçə gün sonra onun istintaq müddətini ev dustaqlığında keçirməsi barədə qərar çıxarılıb. 

Keçmiş nazirin «Rosneft»dən 2 milyon dollar rüşvət aldığı iddia edilir.

İddiaya görə, o, bu pulu «Başneft» şirkətinin dövlət səhmlərini ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb.

Rusiyalı ekspertlər arasında Ulyukayevin həbsini “Rosneft” uğrunda savaşının tərkib hissəsi kimi qiymətləndirənlər də var, ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra bu vaxta qədər Rusiyada əsasən demokratların «qanadı» altında mövcud olan liberalların şəbəkəsinin sıradan çıxırılması kimi görənlər də.

Həbsindən təxminən 2 həftə sonra Ulyukayevin yerinə Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin təyin edilib.

Qeyd edək ki, dünən məhkəmə Ulyukayevin ev dustaqlığının aprelin 15-dək uzadılması barədə qərar çıxarıb.