Cenevrədə Kiprlə bağlı aparılan danışıqlarda bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.
Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Kipr üzrə xüsusi müşaviri Bart Eyde məlumat verib.
Onun sözlərinə görə, bugünkü danışıqlarda Kipr icmasının rəhbəri BMT-yə yol xəritəsi təqdim edib. Amma sənədin detalları ictimaiyyətə açıqlanmır.
Bu konfransı tarixi hadisə adlandıran BMT rəsmisi qeyd edib ki, danışıqlar sabah Türkiyə, Yunanıstan və Böyük Britaniya XİN-in iştirakı ilə davam edəcək.
Qeyd edək ki, Kiprlə bağlı danışıqlar 2015-ci ildə yenilənib.