XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 21:12

Rusiya hərbi nümayəndə heyəti Liviyada –Səbəb (FOTO)

rusiya-liviye-herbciler

Rusiya hərbi nümayəndə heyəti Nümayəndələr Palatasının Milli Ordunun baş komandanı Xəlifə Haftarla görüşmək üçün Liviyanın liman şəhəri Tobruka gəlib.

Strateq.az xəbər verir ki, rusiyalı hərbçilərin Liviya Nümayəndələr Palatasının prezidenti Aqila Saleh İssa ilə də görüşü nəzərdə tutulub.

Ötən ilin noyabr ayında X.Haftar Liviya ordusunun hərbi dəstək xahişi ilə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə bir araya gəlib.

Diplomatik mənbələrin iddialarına görə, S.Lavrov BMT embarqosuna baxmayaraq, terrorizmlə mübarizə və Liviyanın müstəqilliyinin saxlanılması üçün bu ölkəyə hərbi dəstək verməyə hazır olduğunu bildirib. S.Lavrov və X.Haftar üçüncü ölkələr vasitəsilə silah və hərbi texnika təminatına dair razılığa gəliblər.

M.Rzasoy