XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 21:46

Nazir:"Türkiyənin terrorla mübarizəsində məqsəd sərhədlərini qorumaqdır"

Türkiyənin terrorizmlə mübarizəsi öz sərhədlərini qorumaq və ölkə ərazisində təhlükəsizliyi təmin etmək məqsədindən irəli gəlir.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Birliyi ilə İşlər üzrə nazir Ömər Çelik deyib.

Nazir qeyd edib ki, Türkiyə terrorla Suriya və İraqla sərhədlərində mübarizə aparır:

"Eyni zamanda bu mübarizə Avropa və NATO-nun da sərhədlərinin təhlükəsizliyinin qorunmasına yönəlib".