Əlcəzair parlamentinin üzvü, sabiq jurnalist Zahiyə Benarus mərhum Liviya lideri Müəmmər Qəddafinin vaxtı ilə ona evlənmək təklifi etdiyini bildirib.
Strateq.az-in məlumatına görə, Z.Benarus Əlcəzairin özəl telekanallarından birinə müsahibəsində deyib ki, 1995-ci ildə Qəddafi Liviya Qadınlar Birliyinin nümayəndə heyətini Əlcəzairə göndərib.
Daha sonra heyətin rəhbəri Z.Benarusla bir oteldə görüşərək Qəddafinin ona heyranlığını və evlənmə təklifini çatdırıb. Qaddafi bütün toy xərclərini də boynuna götürübmüş.
Z.Benarus evlilik təklifindən şok keçirdiyini və Liviya qadınlarının nümayəndə heyəti ilə görüşdən sonra qorxuya düşüb. Hətta işlədiyi telekanalda belə görünməkdən çəkinib.
M.Rzasoy