XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 13:32

Trampın qızı:“Atam prezident olduğu üçün biznesdən gedirəm”

ivanka tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə İvanka Tramp öz Facebook səhifəsində yazıb.

İvanka Tramp bildiri ki, atası Donald Tramp ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan sonra o, geyim şirkətinin idarə olunmasında iştirak etməyəcək. Qeyd edək ki, Donald Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq.