XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2017 - 14:35

ABŞ Senatı Obamanın səhiyyə islahatını ləğv etmək üçün ilk addımı atdı

obama-2

ABŞ Senatı Prezident Barak Obamanın səhiyyə sahəsindəki islahatlarını ləğv etmək istiqamətində ilk addımlar atıb.

“İnterfax” agentliyi  xəbər verir ki, senatorlar səhiyyə sistemində “Obamacare” kimi tanınan “Affordable Care Act” qanununun ləğv olunması prosesini işə salacaq büdcə haqqında qətnamənin qəbul edilməsinə səs veriblər.

Qətnamə altı saat davam edən müzakirələrdən sonra “lehinə” 51 və “əleyhinə” 48 faiz səslə qəbul olunub. Bundan sonra profil komitələrində islahatların ləğvi və yeni sistemə keçid üçün vacib qanun layihələrinin hazırlanması işlərinə başlanılacaq.

ABŞ-ın seçilmiş prezidenti, respublikaçı Donald Tramp “Obamacare” islahatlarından imtina etmək və daha az xərc tələb edən effektiv səhiyyə sistemi hazırlamaq niyyətində olduğunu dəfələrlə bildirmişdi.