XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 14:56

Çin Trampa cavab verdi:“Bizə barmaq silkələmə, əməkdaşlıq edək!”

cin abs

Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib. L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı Birləşmiş Ştatlara qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib.