Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin yeni qubernatorunu təqdim edib.
Bu vəzifəni indi Maksim Stepanov tutacaq. O, 2008-2010-cu illərdə Odessa şəhər administrasiyasının 1-ci müavini olub. Yanukoviç hakimiyyətə gəldikdən sonra isə vəzifəsindən azad olunub.
Xatırladaq ki, 2016-cı ilin noyabrına qədər Odessanın qubernatoru postunun Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tuturdu.