XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 12:42

ABŞ-dan Suriyaya yeni həmlə –Ordunun 18 vəzifəli şəxsinə sanksiya qoyuldu

ABŞ

ABŞ Maliyyə Nazirliyi ötən gün Suriyanın kütləvi qırğın silahı proqramı ilə əlaqədar Suriya Silahlı Qüvvələrinin 18 yüksək vəzifəli nümayəndəsinə qarşı yeni sanksiyalar paketinin tətbiqini elan edib.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, nazirlik öz qərarını BMT ekspertlərinin 2016-cı il üçün təqdim etdikləri hesabatla əsaslandırır.

“Deutsche Welle” radiostansiyasının məlumatına əsasən, Suriya üzrə qətnamə layihəsi ABŞ prezidentinin üzərinə Suriya hökuməti və ya bu ölkənin mərkəzi bankına maliyyə dəstəyi göstərən və ya onlarla biznes quran ölkələr və şirkətlərə qarşı sanksiya tətbiq etmək öhdəliyini qoyur.

Bundan əlavə, Suriya mülki aviasiya sisteminə təyyarələr təqdim edən, bu ölkənin telekommunikasiya sistemi ilə əməkdaşlıq edən və ya energetika sisteminə dəstək verən istənilən şəxsə münasibətdə sanksiya tətbiq edilə bilər.