XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2015 - 06:39

Roma Papası Fidel Kastro ilə görüşüb – FOTO

kastro papa.jpg

Roma Papası Fransisk Havanada yüz minlərlə kubalının iştirak etdiyi liturgiya mərasimindən sonra sabiq lider Fidel Kastro ilə görüşüb.

Strateq.az BBC-yə istinadən bildirir ki, bu barədə Vatikanın mətbuat xidməti açıqlama yayıb.

“Bu qeyri-rəsmi, dostluq görüşü idi və 40 dəqiqə davam edib. Papa Fidel Kastroya yevangelist mətnlərdən, mənəviyyatdan və dini yumordan bəhs edən kitablar hədiyyə edib. Kastronun ailəsinin üzvləri də görüşdə iştirak edib”,- deyə mətbuat xidməti xəbər verib.

Bazar günü liturgiya mərasimində hazırki kuba lideri Raul Kastro da iştirak edib.

Daha öncə Papa katolik kilsə ilə Kuba hakimiyyəti arasındakı münasibətin yaxşılaşdığını bəyan edib və ölkədə kilsələrə daha çox fəaliyyət azadlığı verilməsini istəyib.

Roma Papası Kubaya rəsmi səfərə ilk dəfə olaraq gəlib.

Kuba və ABŞ-a səfəri ərəfisində etdiyi çıxışında Papa Fransisk iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunmasını alqışlamışdı.

Roma Papası Kuba və ABŞ arasında münasibətlərin bərpasında vasitəçilik edib.

O, bu prosesi ölkələrarası barışın nümunəsi kimi dəyərləndirib.

Roma Papası Kubadan sonra ABŞ-a səfərə yollanacaq.