XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2017 - 20:25

“İŞİD, Nüsrə Cəbhəsi və bəzi terror təşkilatları kimyəvi silahdan istifadə edirlər” –Rəsmi Moskva

zaxarova

"İŞİD, Nüsrə Cəbhəsi və bəzi terror təşkilatları Suriya və İraqda kimyəvi silahdan istifadə edirlər".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Xüsusilə Suriya və İraqda olmaqla, Yaxın Şərqdə ardı-arası kəsilməyən kimyəvi terror halları ciddi narahatçılıq yaradır. İŞİD, Nüsrə Cəbhəsi və bunlara bağlı terror təşkilatları kimyəvi silahdan istifadə edir. Üstəlik, yalnız kimyəvi sənaye maddələrindən deyil, xardal və sarın qazı kimi tamamilə zəhərli maddələrdən yararlanırlar", – Zaxarova qeyd edib.

Axar.az