XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 23:38

“Əslində, işin ən dəhşətli tərəfi…” –İstanbulda öldürülən Rusiya səfirinin xanımı

marina-sefirin-xanimi

"Həyat yoldaşımı qətlə yetirən şəxs onu tanısaydı, belə bir şey etməzdi".

Bu sözləri Ankarada rəsm sərgisində sui-qəsdə qurban gedən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova deyib.

Xanım Karlova həyat yoldaşının olduqca təmizqəlbli bir insan olduğunu vurğulayıb:

“Övladımızın olmasını istəyirdik. Allah bizə 13 il övlad nəsib etmədi. Yalnız 13 ildən sonra övladımız dünyaya gəldi. Həyat yoldaşım namuslu, vətənpərvər biri idi. Əslində, işin ən dəhşətli tərəfi anasının bizi evdə gözləməsi idi. Bir anlıq bunu düşündüm: Baş verənləri evdə anasına necə deyəcəyəm. Türkiyədə hər şey mənə həyat yoldaşımı xatırladır”.

Xatırladaq ki, səfir Andrey Karlov 19 dekabrda Ankarada rəsm sərgisində polis əməkdaşı Mövlud Mərd Altındaş tərəfindən öldürülüb.

Axar.az