"Bu ay Astanada təşkil ediləcək Suriya görüşləri ilə bağlı Rusiya və Türkiyə nüfuzlarından istifadə edərək lazımi şərtləri yaratmalıdır".
Bu sözləri Böyük Britaniyanın Baş naziri Tereza Mey indoneziyalı həmkarı Bill İnqişlə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Mey ötən ay Suriyada əldə edilən atəşkəs razılaşmasını məmnuniyyətlə qarşıladıqlarını da ifadə edib: “Müzakirələrlə bağlı səyləri dəstəkləyirik. Çünki bu qorxunc müharibəni sona çatdırmağın yeganə yolu həqiqi və əhatəli həll yoluna keçidi təmin etməkdir”.
Axar.az