İraq ordusu Mosulun cənub-şərqindəki yaşayış məntəqələrinin hamısına nəzarəti ələ keçirib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Mosul əməliyyatı üzrə komandir Abduləmir Yarullah İraq dövlət televiziyasına bildirib:
"Federal Polis Qüvvələri, koalisiya qüvvələri və İraq təyyarələrinin hava dəstəyi ilə Mosulun bütün cənub-şərq bölgələrində nəzarət təmin olunub".
Qeyd edək ki, Mosulun cənub-şərqi Fələstin, Somar, Domiz, Vahde, Miask, Selam, Yarımca və Şərqi Yarımca bölgələrindən ibarətdir.