XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 23:34

Məşhur aktyorun 28 milyon dollarınıoğurlayıblar

Məşhur aktyor Conni Depp öz menecerlərini məhkəməyə verib. O, menecerlərin 1999-2016-cı illər arasında qanunsuz olaraq 28 milyon dolları mənimsədiklərindən şübhələnir.

Azərtac Vesti.ru saytına istinadla xəbər verir ki, Depp dünyanın ən çox pul qazanan aktyorlarından biridir. Aktyorun menecerləri guya onunla şifahi razılaşma əsasında milyonlarla pul alıblar.

Deppin hüquqşünasları məhkəməyə 52 səhifəlik material göndərib. Aktyor burada menecerlər tərəfindən vergi və cərimələrin ödənilməsi qaydasından da narazılığını ifadə edib. Conni Deppin versiyasına görə bu səbəbdən ona 5,6 milyon dollar zərər dəyib. Eyni zamanda, aktyorun “köməkçiləri” onun hesabından 10 milyon dollara yaxın vəsaiti üçüncü şəxslərin hesabına köçürüblər.