XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 Yanvar 2017 - 22:06

ABŞ əsgərləri Rusiyanın başı üstündə –Dəniz piyadaları Norveçə gəlir

norvec

ABŞ dəniz piyadaları Norveç ordusuna təlim keçmək və ortaq hərbi manevrlər keçirmək üçün bu ölkəyə göndəriləcək.

Strateq.az-ın bu ölkənin NRK telekanalına istinadən bildirdiyinə görə, ortaq qış manevri üçün 330 ABŞ dəniz piyadası sabahdan etibarən, ən azı, bir illiyinə Norveçdə öz hərbi missiyasını yerinə yetirəcək.

Norveç Silahlı Qüvvələri də hər iki ölkə əsgərlərinin şimalda hərbi qış manevri keçirəcəyini etiraf edib.

ABŞ əsgərlərinin öz sərhədlərinə yaxınlaşmasına Rusiyanın reaksiyası isə birmənalıdır. Moskva bunun yaxşı bir əlamət olmadığına inanır. Norveçin NRK telekanalına açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova, bu ölkə ilə aralarında hər hansı bir problem olmamasına baxmayaraq,  Amerika əsgərlərinin Norveçdə yerləşdirilməsinə məna verə bilmədiklərini deyib.