XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 11:17

Babək Zəncaninin daha bir əlaltısı İrana təhvil verilib –FOTO

ali-rza

“Dominica News” saytı neft pulları ilə fırıldaqçılıq edən daha bir iranlının həbs edilərək ekstradisiya olunması barədə məlumat yayıb.

Strateq.az xəbər verir ki, söhbət “Dominica my business” şirkətinin sahibi Əlirza Zibahalət Monfəriddən gedir.

Onun Dominikan Respublikasında Skerritt soyadlı məşhur siyasətçi ilə yaxın olduğu, bu dövlətdə tibbi klinikalar, zavod, avtotəmir xidməti sahibi kimi tanındığına dair məlumatlar var.

Xatırladaq ki, İnterpolun İran bürosunun rəhbəri Məsud Rizvani bildirib ki, barəsində ölüm hökmü çıxarılmış milyarder Babək Zəncaninin işi ilə əlaqədar xarici ölkələrdə bir neçə nəfər həbs edilib. Həmin şəxslərdən biri Mərkəzi Amerika ölkələrinin birində saxlanılaraq İrana təhvil verilib. Ehtimala görə, söhbət məhz Əlirza Zibahalət Monfəriddən gedir.

Ə.Rzazadə