XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 13:04

Kürdüstan Muxtariyyətindən sərt bəyanat:“Ərəbistan konsulluğunu qapatmaq tələbi daxili işlərimizə qarışmaqdır”

barzani

İraq Kürdüstanı Muxtariyyətinin rəhbərliyi Ərbildə Səudiyyə Ərəbistanı konsulluğunun qapatmaq barədə İran rəsmilərinin tələbini rədd edib.

Rəhbərlik bunu İraq və Kürdüstan regionunun daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

Strateq.az SPA-ya istinadla xəbər verir ki, Kürdüstan Muxtariyyətinin bəyanatında qeyd olunur: “Regional rəhbərlik İraq və Kürdüstan qanunlarına tabe olur və heç kim Kürdüstan bölgəsində hər hansı konsulluğun bağlanılmasını tələb etmək hüququna malik deyil”.

Kürdüstan Muxtariyyətinin bəyanatında qeyd edilir ki, bu, diplomatik nümayəndəliyin qapadılması ilə bağlı İranın ilk tələbi deyil:

 “Kürdüstan bölgə hökuməti həmişə qonşu ölkələri və dünyanın bütün ölkələri ilə dostluq münasibətləri yaratmağa çalışır. İran tərəfi isə məsuliyyətsiz və qəbuledilməz bəyanatlar verir”.

Ə.Rzazadə