XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 14:43

Qırğızstanda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

tey01

 

Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib.

Bu barədə “RİA Novosti” məlumat verir. Məlumata görə, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.