XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 15:11

“Samsung Group”un rəhbərinin həbsinə order verildi –Prezidentlə bağlı rüşvət işində adı keçir

samsunq

Cənubi Koreya prokurorluğunun xüsusi komisiyası “Samsung Group” korporasiyasının de-fakto rəhbəri Li Çje Yenin həbsinə order verib.

O, hakimiyyətdən müvəqqəti uzaqlaşdırılmış prezident Pak Kın He (Park Geun-hye) ətrafındakı korrupsiya qalmaqalı ilə bağlı istintaq fonunda rüşvətxorluqda ittiham olunur. Bu barədə “Penxal” agentliyi məlumat yayıb. (Azadlıq radiosu)

Şirkətin vitse-prezidentiLi Çje Yen 22 saat ifadə verməli olub.

Məlumata görə, şirkət 2015-ci ildə Almaniyadakı bir şirkətlə 18 milyon dollarlıq müqavilə imzalayıb ki, həmin şirkət korrupsiya qalmaqalında əsas fiqur olan prezidentin yaxın rəfiqəsi Tsoy Sun Silə (Choi Soon-sil) məxsusdur.

Məlumatlara dövlət pensiya fondu prezident administrasiyasının təzyiqi ilə görə bunun əvəzində “Samsung”un iki podratçı şirkətinin birləşməsinə dəstək göstərib. Pensiya fondunun rəhbəri Mun Xeyn Pxe-yə qarşı da korrupsiya ilə bağlı ittiham irəli sürülüb. O, hələ bir ay bundan əvvəl həbs olunub.

“Penxal” agentliyinin məlumatına görə,hazırda prezidentin bu məsələ ilə bağlılığı olub-olmaması araşdırılır.

Qeyd edək ki, prezident 2016-cı ilin dekabrında hakimiyyətdən muvəqqəti uzaqlaşdırılıb və onun gələcək taleyi Konstitusiya məhkəməsindən aslıdır.

Məhkəmə bu ilin yayınadək impiçment barədə qərar verməlidir.