XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 15:51

İnterpol təsdiqlədi:“Babək Zəncaninin ortağı ekstradisiya olunub”

ali-rza

İnterpolun İran bürosunun rəhbəri Məsud Rizvani beynəlxalq sanksiyaların qüvvədə olduğu dövrdə korrupsiya təqsirləndirilən şəxsin Əlirza Zibahalət Monfared olduğunu təsdiqləyib.

Strateq.az xəbər verir ki, 43 yaşlı, Dominikan Respublikasının diplomatik pasportuna malik Ə.Monfared Babək Zəncani ilə eyni cinayəti törətməkdə suçlanır.

Xatırladaq ki, B.Zəncani 2,8 milyard dollar vəsaiti mənimsəməkdə ittiham edilərək ölüm cəzasına məhkum edilib.

Ə.Monfared bazar günü İrana ekstradisiya edilməzdən öncə Havanaya, sonra Moskvaya gətirilib.

Məsud Rizvani bildirib ki, müxtəlif xarici pasportlara malik Ə.Monfared qısa müddətə Malayziyada nəzarətə alınıb, lakin bu ölkədən qaça bilib. Nəhayət, o, Dominikan Respublikasında həbs olunub.

Ə.Rzazadə