XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 22:14

İraq səfiri XİN-ə çağırılaraq danlanıb –Səbəb + Açıqlama

iraq-2

Yanvarın 16-da İraq səfiri Əhməd Naif Rəşid əl-Dalimi Bəhreynin Xarici İşlər Nazirliyinə çağırılıb.

Strateq.az xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb İraqın vitse-prezidenti Nuri əl-Malikinin açıqlamaları olub. Maliki və İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhreyndə 3 gənc siyasi fəalın edamını qınayıblar.

Bəhreyn XİN-in müşaviri Vahid Mübarək Səyyar vurğulayıb ki, Bəhreyn Krallığın müstəqil məhkəmə sisteminin işlərinə müdaxiləni qəbuledilməz hesab edir və bu cür müdaxilə qeydlərini dərhal dayandırmağa çağırır:

 “Çünki bu sayaq açıqlamalar Krallığın işlərinə müdaxilə və Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Birliyinin nizamnamələrinə ziddir, eləcə də iki ölkə arasında qardaşlıq münasibətlərini təşviq və inkişaf etdirmək üçün edilən səylərə maneədir”.

Ə.Rzazadə