Bir qrup silahlı Misirin cənub-qərbindəki əl-Vadi əl-Cədid vilayətində yerləşən nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə səkkiz polis öldürülüb, üç nəfər yaralanıb.
Strateq.az xəbər verir ki, bu barədə məlumatı Misir DİN yayıb.
Nazirliyin məlumatında deyilir ki, təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə iki nəfər öldürülüb.
Ə.Rzazadə