Suriyanın Hmeymim aviabazasında yerləşdirilən 4 Su-24 təyyarəsi və bir qrup hərbi həkim Rusiyaya qayıtmağa hazırlaşır.
Bu sözləri rusiyalı general Andrey Kartapalov deyib.
O bildirib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin birbaşa qərarı var: “Bu gün və yaxud qarşıdakı günlərdə Su-24 qırıcıları vətənə qayıdacaq”.
General qırıcılara verilən tapşırıqların uğurla icra edildiyini də bildirib(Axar.az).