XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 10:12

Tramp inauqurasiyanı boykot edənlərə səsləndi:"Biletləri qaytarın!"

tramp-666

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, onun inauqurasiyasını boykot etməyə qərar verənlər biletləri qaytarmalıdır.

Trend-in məlumatına görə, D.Tramp "Fox News" telekanalına müsahibəsində bildirib: "İnauqurasiyaya gəlməyəcək şəxslərlə bağlı məsələ normaldır, çünki bizə biletlər çox lazımdır. Ümid edirəm ki, onlar bizə biletlərimizi qaytaracaqlar".

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan 30-dan çox üzvü yanvarın 20-də D.Trampın andiçmə mərasimini boykot etmək planlarının olduğunu açıqlayıblar.