XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 13:44

İrkutsk polis bölməsinin rəisi işdən qovuldu- "Boyarışnik"ə görə

Məhkəmənin qərarı ilə İrkutsk polis bölməsinin rəisi Denis Çeremisin vəzifəsindən azad olunub.

Trend-in verdiyi məlumata görə, D.Çeremisin barəsində "Boyarışnik" məhlulundan kütləvi zəhərlənmə faktı ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq, ikidən çox şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, ötən ilin dekabrında İrkutsk vilayətində "Boyarışnik" adlı məhluldan 76 nəfər zəhərlənərək ölüb. Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.