Böyük Britaniyanın Aİ-dən çıxması barədə bu ölkənin Baş nazirinin açıqlaması Çexiya Respublikasının iqtisadiyyatına təsir edə bilər.
Baş nazir Tereza Mey Avropa İttifaqı Şurasının bütün strukturları ilə tam “ayrılmaq” variantını bəyan edib.
Mütəxəssislərin fikrincə, “Brexit”dən bir il sonra Çexiyanın iqtisadi artım göstəricisi bir faizdən az miqdarda aşağı düşə bilər. Avtomobil şirkətləri Böyük Britaniyanın çıxmasını daha kəskin hiss edəcək, çünki onlara yenidən gömrük yığımı tətbiq ediləcək. Lakin “Brexit” uzun müddət pis təsir göstərməyəcək.
Çexiya siyasətçiləri Böyük Britaniyanın Baş nazirinin bəyanatı ilə əlaqədar çox vaxt bu ölkənin qərarına hörmət göstərməyin vacib olmasından danışırlar(azərtac).