XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 14:29

İtaliyada güclü zəlzələ:5,4 bal

Bu gün səhər saatlarında İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib.

Trend-in "RaiNews24" telekanalına istinadən veridiyi məlumata görə, yeraltı təkanlar 5,4 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Marke və Abrutsso vilayətləri arasında olub.

Yeraltı təkanlar güclü olduğundan hətta paytaxt Romanın bəzi rayonlarında da titrəyişlər hiss olunub.