XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2017 - 14:48

Türkiyə parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı səsverməninikinci turu başlayır

Bu gün Türkiyə parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı səsvermənin ikinci turu keçiriləcək.

Bu barədə Trend Türkiyə Böyük Millət Məclisinin saytına istinadən məlumat verir.

Bir neçə gün əvvəl başa çatmış səsvermə nəticəsində dəyişikliklərin lehinə 330 səs verilmişdi. Bu göstərici, referendumun keçirilməsi üçün tələb olunan minimal rəqəmdir.

Səsvermənin ikinci turu nəticəsində konstitusiyaya təqdim edilən dəyişikliklər ratifikasiya edilsə, referendum bu ilin aprelində keçirilə bilər.