XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 16:28

Tehran səmasında vurulmuş PUA-nın sahibi bilindi –Açıqlama

pua

Bir neçə gün əvvəl Tehran səmasında görünmüş kvadkopter – pilotsuz uçuş aparatı (PUA) İran kinostudiyalarının birinə məxsusdur.

Strateq.az xəbər verir ki, bu barədə İran paytaxtının polis idarəsindən məlumat verilib.

Asayiş keşikçiləri xatırladıblar ki, bu sayaq uçuş aparatları üçün ölkənin hüquqi orqanlarının rəsmi icazəsi tələb olunur.

 Xatırladaq ki, iki gün əvvəl İranın hava hücumundan müdafiə qüvvələri Tehranın Vəliyi-Əsr xiyabanı istiqamətində hərəkət edən pilotsuz uçuş aparatını atəşə tutublar.

Ə.Rzazadə