Almaniya hökuməti parlament seçkilərinin tarixini müəyyənləşdirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.
Qərara əsasən, bundestaqa seçkilər bu il sentyabrın 24-də keçiriləcək. Müvafiq təklif rəsmi təsdiq üçün ölkə prezidenti Yohim Qauka ünvanlanıb.