XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 17:28

Rusiyada “Honkonq qripi”ndən ilkölüm faktı qeydə alınıb

Rusiyanın Yaroslavl vilayətində "Honkonq qripi"ndən – A tipli qrip virusuna aid olan H3N2 virusundan bir nəfər vəfat edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Vilayət rəhbərliyindən bildiriblər ki, ölüm hadisəsi tibbi yardım üçün çox gec müraciət edilməsi ilə əlaqədardır.

Məlumatda qeyd olunub ki, vilayətdə qrip və kəskin respirator virus infeksiyası (KRVİ) ilə yoluxma səviyyəsi 40%-dən yüksək olduğundan karantin rejimi saxlanılacaq.