XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 18:19

Türkiyədə dünyanın ən uzun asmakörpüsü tikiləcək

Türkiyədə Dardanel boğazı üzərində yeni “Çanaqqala-1915” körpüsünün tikintisinə 24 şirkət maraq göstərib.

Trend-in məlumatına görə, bu rəqəmi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan açıqlayıb.

Onun sözlərinə görə, şirkətlər arasında türk şirkətləri ilə yanaşı Yaponiya, Çin, Cənubi Koreya və İtaliya şirkətləri də var.

Nazir deyib ki, yeni körpünün tikintisi martın 18-i başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq.