XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 18:33

Tramp mətbuat mərkəzinin Ağ Evdən köçürülməsinəmünasibət bildirdi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, mətbuat mərkəzinin Ağ Evdən digər binaya köçürülməsi mətbuat konfransı və brifinqlərə gəlmək istəyən jurnalistlər üçün yerlərin çatışmazlığı ilə bağlıdır.

Trend-in məlumatına görə, D.Tramp "Fox News" telekanalına müsahibəsində bildirib:

"Biz mətbuat mərkəzini köçürməyə hazırlaşırıq, çünki çox sayda insan mətbuat konfranslarına, o cümlədən brifinqlərə gəlmək istəyir. Mətbuat mərkəzinin zalı çox kiçikdir. Buna görə də onu yaxınlıqdakı binaya köçürmək qərarına gəldik".