XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 18:37

“iOS” üçün “Onion” anonim brauzeri pulsuzistifadəyə verilib

“App Store” əlavələr mağazasında təhlükəsizlik imkanları genişləndirilmiş unikal brauzer pulsuz istifadəyə verilib. “Onion Browser” adlanan proqram “iPhone”, “iPod touch” və “iPad” istifadəçilərinə internetə yüksək anonimlik dərəcəsində daxil olmağa imkan verir.

Azərtac “Macdigger” resursuna istinadən xəbər verir ki, “Onion Browser” ABŞ Hərbi Dəniz Qüvvələrinin tədqiqat laboratoriyasında hazırlanan məhdud profilli “The Onion Router” (TOR) şəbəkəsi vasitəsilə trafikin şifrələnməsi və yüklənməsi üçün nəzərdə tutulub. “TOR” trafiki xüsusi serverlər şəbəkəsi ilə göndərir ki, bu da son istifadəçiyə anonim qalmağa imkan verir.

“Onion Browser” texniki baxımdan “iOS 8.2” və daha yuxarı əməliyyat sisteminin idarəetməsi ilə işləyən “iPhone”, “iPad” və “iPod touch” qurğuları ilə uyğunluq təşkil edən “TOR” sistemi üçün internet brauzeridir. Proqram qurğu və IP ünvanı barədə məlumatları gizli saxlamaqla internetdə daha çox anonimlik əldə etmək istəyən istifadəçilər üçün faydalı olacaq.

“iPhone” və “iPad” üçün “Onion Browser” proqramını buradan yükləmək mümkündür.